4WD

Sadəcə sərbəst dörd təkərli nəqliyyat vasitələri üçün yol (İslandiya).

4 təkəri gücləndirmə sistemi, 4 təkərdən çəkiş, 4 təkərdən çəkmə, 4WD (Four wheel drive), AWD (All Wheel Drive) və ya 4x4, Klassik sistemlərdə avtomobillər ya ön ox milində olan iki təkər (qabaqdan çəkişli), ya da arxa ox milində olan iki təkər (arxadan çəkişli) eyni zamanda hərəkətə gələrkən, bu sistemdə, yolun şərtlərindən və ehtiyacdan asılı olaraq, ön və arxa oxdakı 4 təkər eyni anda və əksərən eyni güc nisbətində birlikdə aktivləşdirilirlər. Başqa sözlə, avtomobilin mühərrik gücü 4 təkərin hamısına birdən ötürülür.

Subaru bu sistemi kütləvi istehsal zamanı nəqliyyat vasitələrinə tətbiq edən ilk şirkətlərdən biri idi. Daha sonra, 1980-ci ildə Audi sistemi biraz dəyişdirdi və Quattro modelinə tətbiq etdi və rallilərdə böyük müvəffəqiyyətlər qazandı. Bununla birlikdə sistem, avtomobil tarixində ilk dəfə 1905-ci ildə Lotil markalı avtomobildə tətbiq olunmuşdur.

Hər bir avtomobil şirkəti öz dizaynları ilə 4WD (4x4) sistemi istehsal edir. Sistemin necə istehsal olunmasından asılı olmayaraq, ümumiyyətlə 3 kateqoriya diqqəti cəlb edir:

  • 1. Lazım olduqda istifadə olunan sistem
  • 2. Daimi istifadədə olan sistem
  • 2a. Maye debriyaj ilə
  • 2b. Kilidlənə bilən orta diferensial ilə
  • 3. Avtomatik dörd təkəri fırladan sistem

Bu sistemlərdən yüksək güclü avtomobillərdə sükan sistemi daha qənaətcil olsa da, orta və aşağı güclü avtomobillər də istəkdən asılı olaraq sistem daha sərfəli və ucuz bir həll yoludur.

  • 1. Lazım olduqda istifadə olunan sistem: Adi standart diferensial sürət qutusu arxada yerləşir və avtomobil normal olaraq standart diferensial kimi istifadə olunur. Ön tərəfdəki diferensial tələb olunarsa aktivləşdirilir. Ön diferensialı işə salmaq üçün əsas sürət qutusunun arxasına bərkidilmiş ötürmə qutusu istifadə olunur. Buna gücləndirici dişli deyilir. Gücləndirici dişlinin verdiyi fayda, zəruri hallarda gücün ön təkərlərə ötürülməsini təmin etmək və yer şəraitinə görə dırmaşma qabiliyyətini artırmaqdır.
  • 2. Daimi olaraq istifadə olunan sistem: Dörd təkər də işə salınır. Ön və arxa oxlar kilidlənə bilən ara diferensial vasitəsi ilə birləşdirilir.
  • 2 a. Maye debriyaj ilə: Bu sistemdə ön ox diferensiyasına quraşdırılmış maye debriyajı kilidlənə bilən diferensiala qoşulur. Normal işləmə zamanı 4 təkər fırlanır. Maye debriyajının idarə etdiyi və hərəkət etdirdiyi bölmələr arasındakı dövrə sayındakı fərq az olduğu üçün sürüşməyə icazə verilir. Arxa oxun təkərləri sürüşməyə başlayırsa, maye debriyaj dərhal kilidlənir. Belə vəziyyətdə sürücünün hər hansı bir müdaxiləsinə ehtiyac yoxdur.
  • 2b. Kilidlənə bilən orta diferensial ilə: Orta və arxa diferensial üçün dayanmış vəziyyətdə və ya hərəkət zamanı idarə edilə bilən diferensial kilid quraşdırılmışdır. Beləliklə, sürücü hər iki diferensialı ayrıca və ya müştərək şəkildə kilidləyə bilər.
  • 3. Avtomatik dörd təkəri fırladan sistem: Bu sistemdə ön təkərlərin üstündə və arxa oxun ortasında bir fırlanma sürəti sensoru və sükan çarxında bir dönmə bucağı sensoru vardır. Sensorlar məlumatları oxuyur və idarəetmə cihazına ötürür. İdarəetmə cihazı məlumatları qiymətləndirir və əmrlərini ön təkər sükan sisteminin açma idarəetmə açarına və kilidlərin bağlanması və ya buraxılması açarına verir. İdarəetmə və buraxma aşağıdakı meyarlara əsasən həyata keçirilir:
  • sürüşmə
  • nəqliyyat vasitəsinin sürəti
  • fırlanma bucağı
  • vaxt
  • ayaq əyləcinə basma

Bu sistem optimal çəkmə və kilidləmə təmin edir. Sürücüyə işıq göstəricisi vasitəsilə 4 WD sisteminin idarəetmə vəziyyəti barədə daim məlumat verilir.


Developed by StudentB